Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) hər il təşkil etdiyi Libertadores kubokunun qalibi bəlli olub. Matc.az xəbər verir ki, həlledici görüşdə "Flamenqo" ilə "River Pleyt" komandaları üz-üzə gəlib. 
 
Qarşılaşma "Flamenqo"nun 2:1 hesablı qələbəsiylə başa çatıb. Görüşdə hesabı "River Pleyt" açsa da, "Flamenqo" 89 və 90+2-ci dəqiqədə vurduğu qollarla 1981-ci ildən sonra ikinci dəfə Libertadores kubokunu qazanıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest