"Arsenal"da baş məşqçi dəyişikliyi ola bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, hazırkı çalışdırıcı Unay Emeri ilə futbolçular arasında münasibətlər yaxşı deyil.

Belə ki, oyunçular ispaniyalı mütəxəssisin heyət seçimindən, qurduğu taktikadan və keçdiyi təlimlərdən narazıdılar. Komanda daxilində çox az sayda futbolçu Emerini dəstəkləyir. Oyunçular Emeri ilə çempionlar Liqasına vəsiqə qazanacaqlarına inanmırlar. Bu üzdən rəhbərlik baş məşqçi dəyişikliyini nəzərdən keçirir.

Əgər istefa baş verərsə, "topçular" mövsümün sonuna qədər Freddi Yunqberqə tapşırıla bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest