Azərbaycan kubokunda 1/8 final mərhələsinin təqvimi müəyyənləşib. Peşəkar Futbol Liqası oyunların cədvəlini açıqlayıb. Bir oyundan ibarət olan mərhələnin görüşləri iki günü əhatə edəcək. Qarşılaşmalar dekabrın 3-də və 4-də keçiriləcək.
Azərbaycan kubokunda 1/8 final mərhələsinin təqvimi müəyyənləşib. Matc.az xəbər verir ki, Peşəkar Futbol Liqası rəsmi saytı vasitəsilə oyunların cədvəlini açıqlayıb.
Bir oyundan ibarət olan mərhələnin görüşləri iki günü əhatə edəcək. Qarşılaşmalar dekabrın 3-də və 4-də keçiriləcək.
Azərbaycan kuboku
1/8 final
3 dekabr (çərşənbə axşamı)
15:00. "Keşlə" – "Kəpəz"
"ASCO Arena"
4 dekabr (çərşənbə)
14:00. "Zirə" – "Qaradağ Lökbatan"
Zirə İdman Kompleksinin stadionu
15:00. "Sabah" – "Ağsu"
"Bank Respublika Arena" (ehtiyat meydança)
17:00. "Sumqayıt" – "Zaqatala"
"Kapital Bank Arena"
Qeyd: Püşkatmaya uyğun olaraq "Qaradağ Lökbatan – Zirə" görüşü hər iki komandanın razılığı əsasında "Zirə - Qaradağ Lökbatan" qarşılaşması kimi oynanılacaq. "Sabah" – "Ağsu" matçından başqa bütün oyunlar "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.