"Mançester Yunayted" yarımmüdafiəçisi Pol Poqba ilə yollarını ayıra bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu fransalı futbolçu özü istəyir.

Ulduz futbolçu zədəsini sağaltsa da, sentyabrın 30-dan bəri meydana çıxmır. Yerli KIV 26 yaşlı orta sahə oyunçusunun özünün oynamaq istəmədiyini vurğulayıb. Klub rəhbərliyi də artıq qış fasiləsində onu satmağa qarşı deyil. "Mankunianlar" 150 milyon avro müqabilində oyunçusunu transferə çıxaracaq.

Qeyd edək ki, Poqbanın xidmətində ən çox maraqlı olan klublar "Real" və "Yuventus"du.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest