İtaliyanın "İnter" klubu ciddi itkiylə üzləşib. Matc.az xəbər verir ki, "neradzurra"nın futbolçusu Nikolo Barella sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
A Seriyasının 13-cü turunun "Torino" ilə matçında (3:0) zədələnən 22 yaşlı yarımmüdafiəçi, ilin sonuna kimi yaşıl meydanlardan uzaq qalacaq.
 
Barella bu mövsüm A Seriyasında 13 oyuna çıxıb və 1 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest