PSJ ciddi sanksiya ilə üzləşə bilər. Matç.az-ın xarici mətbuata istinadən məlumatına görə, buna səbəb klubun yeniyetmə futbolçunun transferi zamanı qayda pozuntusuna yol verməsi şübhəsidi.

Məsələ burasındadı ki, parislilər 2015-ci ildə "Barselona"dan 12 yaşlı Kays Ruizi heyətinə qatıb. Bildirilir ki, həmin vaxt oyunçunun atasına saxta iş verilib. FİFA-nın qaydalarına görə, yeniyetmə futbolçuların yalnız valideynləri ilə müqavilə imzalamaq mümkündü. PSJ isə Ruizin atasına saxta yolla iş verdiyi üçün bu qaydanı pozub. Oyunçu da müqavilə haqqı olaraq 400 min avro alıb. Hazırda 16 yaşı olan Ruizin PSJ ilə müqavilə müddəti 2021-ci ilə qədərdi.

FİFA hazırda bu məsələni araşdırır. Əgər ali futbol qurumu klubun günahını sübuta yetirsə, Fransa çempionu transfer qadağası ilə cəzalandırıla bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest