Almaniyanın "Verder" klubu müdafiəçisi Niklas Moysanderlə müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
34 yaşlı futbolçu ilə müqavilənin müddəti 2021-ci ilə qədər artırılıb. Kapitanla əvvəlki müqavilənin müddəti bu mövsümün sonunda bitəcəkdi.
 
Moysander "Verder"ə 2016-cı ildə "Sampdoriya"dan gəlib. Finlandiya yığmasının üzvü karyerası ərzində TPS, "Ayaks", "Zvolle", "AZ Alkmaar" klublarında da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest