"Real" aparıcı futbolçusu Eden Azarı itirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu çempionlar Liqasının qrup mərhələsinin V turunda PSJ ilə oyunda zədələnib.

2:2 hesabı ilə başa çatan qarşılaşmanın 69-cu dəqiqəsində zədələnərək əvəzlənən belçikalının durumuna bu gün keçiriləcək tibbi müayinədən sonra aydınlıq gələcək. Ancaq mətbuatın iddiasına görə, Azarın uzun müddət komandadan ayrı qalmaq ehtimalı var.

Belə ki, Topuq nahiyəsindəki zədə ilə bağlı həkimlərin şübhəsi özünü doğrultsa, Azar əməliyyat olunacaq. Belədə isə futbolçu 4-6 ay yaşıl meydanlardan uza qala bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest