Portuqaliyanın "Sportinq" klubu yarımmüdafiəçisi Bruno Fernandeslə yeni müqavilə imzalayıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
2023-cü ilədək nəzərdə tutulan yeni müqaviləyə görə, 24 yaşlı futbolçunun təzminat məbləği 100 milyon avrodu.
 
Fernandes uzun müddətdi "Real"ın transfer hədəfindədi.
 
Cari mövsümdə çempionatda 10 oyunda iştirak edən Fernandes, 5 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest