Futbol üzrə Argentina yığmasının sabiq hücumçusu Ezekiel Lavessi karyerasını başa vurmağa hazırlaşdığını bəyan edib. Matc.az xəbər verir ki, o, bu barədə ölkəsinin mətbuatına açıqlamasında məlumat verib:
 
"Artıq öz ailəm və uşaqlarımla daha çox vaxt keçirmək istəyirəm. İndi bunun üçün çox uyğun vaxtdı. İlin sonunda futboldan gedirəm".
 
Qeyd edək ki, hazırda çinin "Hebey çayna Forçun" klubunda çıxış edən Lavesinin müqaviləsinin müddəti dekabrın 31-də başa çatacaq. O, 2016-cı ildən bu komandada çıxış edir.
 
Argentina yığmasında 50-dən çox oyun keçirən, "Estudiantes"in yetirməsi olan 34 yaşlı futbolçu, karyerası ərzində "San Lorenso", "Napoli" və PSJ-də də forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest