Futbol üzrə İran çempionatında 12-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Cənubi Azərbaycanın elitadakı təmsilçisi "Maşinsazi" də növbəti matçına çıxıb.
 
Təbriz klubu doğma meydanda "Saypa" ilə qarşılaşıb. Cənubi Azərbaycan təmsilçisi bu görüşdən qələbə ilə ayrılıb – 1:0.
 
Təbrizin daha məşhur "Traktor" klubu isə bu tur səfərdə "Paykan"la qarşılaşacaq.
 
"Traktor" hazırda 17 xalla 16 kollektiv arasında 5-ci, "Maşinsazi" 15 xalla 9-cudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest