"Yuventus"un müdafiəçisi Leonardo Bonuççi çempionlar Liqasının pley-off mərhələsində onlar üçün arzuolunmaz rəqibin adını açıqlayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 32 yaşlı müdafiəçi 1/8 finalda "Tottenhem"lə düşmək istəmir.

O, bunu rəqibin yeni baş məşqçisi Joze Mourinyo ilə əlaqələndirib: "Tottenhem"lə görüşmək istəməzdik. Bəzi matçlarda Mourinyo komandasına əlavə nəsə qata bilir. Fevral və mart aylarına qədər hələ çox vaxt var. Mourinyo oyunçularına pley-off matçlarında necə kömək edəcəyini yaxşı bilir. Kriştianu Ronaldo ilə bağlı vəziyyətə gəlincə, hər şeyi müzakirə etdik və aydınlaşdırdıq. Kimsə yaxşı durumda olmadıqda onu daim əvəz etməyə hazır olan başqa oyunçunun olması vacibdi".

Qeyd edək ki, 5 turda 13 xal toplayan "Yuventus" D qrupuna liderlik edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest