2019-cu ilin bombardirlərinin siyahısı müəyyənləşib. Matc.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) il ərzində milli çempionatlarda ən çox qol vuran oyunçuların siyahısını açıqlayıb.
Cədvələ Qətərin "Əl-Sədd" klubunda çıxış edən əlcəzairli Bağdad Bunedja başçılıq edir. Onun aktivində 39 qol var. "Barselona"nın kapitanı Lionel Messi bu baxımdan 2-ci pillədə qərarlaşır. İlk "üçlüy"ü isə PSJ-nın hücumçusu Killian Mbappe qapayır.
Siyahıda 22 və daha çox qol vuran futbolçular yer alıb.
İlk "10-luq"
1. Bağdad Bunedja (Əlcəzair/"Əl-Sədd") - 39 qol
2. Lionel Messi (Argentina/"Barselona") - 36
3. Kilian Mbappe (Fransa/PSJ) - 33
4. Mbaye Dianye (Seneqal/"Qalatasaray") - 30
5. Duşan Tadiç (Serbiya/"Ayaks") - 28
Luk de Yonq (Hollandiya/"PSV Eyndhoven") - 28
7. Fabio Kvalyarella (İtaliya/"Sampdoriya") - 26
8. Haris Seferoviç (İsveçrə/"Benfika") - 23
Jillaum Oaru (Fransa/"Bern") - 23
10. Robert Levandovski (Polşa/"Bavariya) - 22
Nikola Pepe (Fil Dişi Sahili/"Lill") - 22
Pyerr-Emerik Obameyanq (Qabon/"Arsenal") - 22
Kşiştof Pyatek (Polşa/"Cenoa","Milan") - 22
Duvan Zapata (Kolumbiya/"Atalanta") - 22
Məhəmməd Salah (Misir/"Liverpul") - 22
Sadio Mane (Seneqal/"Liverpul") - 22