Gürcüstan çempionatında XXXVI tura start verilib. Matc.az saytının məlumatına görə, bu gün iki oyun keçirilib.

Azərbaycanlı futbolçu Fuad Bayramovun formasını geyindiyi "Rustavi" öz meydanında "Dila" ilə qarşılaşıb. "Poladi" stadionunda keçirilən görüş 2:2 hesablı bərabərliklə nəticələnib. Qonaqlar ilk 10 dəqiqədə 2 top fərqi ilə önə keçsə də, ev sahibləri ikinci hissədə bərabərliyi bərpa edib.

"Rustavi"nin heyətində ilk qola məhz Bayramov imza atıb. 61-ci dəqiqədə fərqi minimuma endirən yarımmüdafiəçi ad gününə qol hədiyyə edib. Gənclər millimizin sabiq üzvü 90 dəqiqəni əvəz edilmədən keçirib.

Qeyd edək ki, aktivindəki xalların sayını 38-ə çatdıran "Rustavi" 10 komanda arasında 8-ci pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest