"Rəqibi təbrik edirəm. Oyunun əhəmiyyətli olduğunu bilirdik. "Qarabağ"la matçdan sonra narahat idim. Psixoloji cəhətdən oyunçuları hazırlaya bilmədik. Futbolçular həmin qələbənin ab-havasında idilər. İkinci hissəni yaxşı oynadıq. Gənc oyunçularımız çoxdu. Təzyiqdən çıxmağa çalışacağıq. Qrafikimiz də sıxdı. "Qəbələ" ilə matça yaxşı hazırlaşmaq istəyirik".

Matc.az saytının məlumatına görə, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın XIII turunda səfərdə "Keşlə"yə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis bildirib ki, nəticəni hansısa oyunçunun üzərinə atmaq istəmir: "Futbolçu səhv edə bilər. Bu normaldı. İl boyu eyni tempdə oynamaq ustalıq tələb edir. Biz o səviyyədə deyilik. Rəqibin necə hücum edəcəyini bilirdik. Biz komanda olaraq məşğul olduq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest