"Keçən turda məğlub olduqdan sonra çalışırdıq ki, daha çox psixoloji hazırlığa üstünlük verək. Bu gün də bunun bəhrəsini gördük. Qələbə bizim üçün vacib idi. Qış fasiləsinə 3-cü yerdə getmək istəyirdik".

"Keçən turda məğlub olduqdan sonra çalışırdıq ki, daha çox psixoloji hazırlığa üstünlük verək. Bu gün də bunun bəhrəsini gördük. Qələbə bizim üçün vacib idi. Qış fasiləsinə 3-cü yerdə getmək istəyirdik. Komandanın mübarizəsi xoşuma gəldi. Yorğunluq var, amma rotasiya imkanımız da yoxdu. Tərlan Quliyev uzun müddət yox idi. Bu gün onun da oyunu xoşuma gəldi. Bu oyunda əsl mübarizəli "Keşlə" gördüm. Qələbə qələbədi. Futbolçulara təşəkkür edirəm. Komandamın daha yaxşı futbol oynayıb, qələbə qazanmasını istəyirəm. Qış fasiləsində yeni futbolçular mütləq olacaq. Hər mövqeyə 2 oyunçu istəyirəm ki, istədiyimi edə bilim".

Matc.az saytının məlumatına görə bu fikirləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın XIII turunda evdə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis Azər Salahlıya müdafiədə şans verməməsinə toxunub: "Azər Salahlı mərkəz müdafiəçisi oynayan zaman komanda "Baltsan"dn 4 qol buraxıb. Azər sol cinah üçündü. Mərkəzdə mənə daha təcrübəli oyunçu lazımdı. Rəşad daha əvvəl də bu mövqedə oynayıb. Bu, mənim qərarım idi. Bir şey problem idi ki, Ruslan Qurbanova nəsə olsa, mən kimi oynadacam? Rəşadın meydançada olması komanda üçün böyük uğur idi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest