Futbol üzrə Almaniya Bundesliqasında 13-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü daha beş qarşılaşma baş tutub.

Dortmund "Borussiya"sı "Herta"nı, "Bavariya" isə "Bayer"i sınağa çəkib. Dortmundluların qələbəyə sevindiyi gündə Münhen təmsilçisi doğma meydanda məğlub olub.

"Köln" – "Auqsburq" və "Hoffenhaym" – "Fortuna" oyunlarında qalib müəyyənləşməyib. "Paderborn" isə evdə "Leyptsiq"ə uduzub.

Almaniya Bundesliqası
13-cü tur

29 noyabr

Şalke – Yunion 2:1
Qol: Raman, 23. S.Serdar, 86 – İnqvartsen, 36-pen.

30 noyabr

Köln – Auqsburq 1:1
Qol: Kordoba, 86 – Nyederlexner, 43.

Herta – Borussiya (Dortmund) 1:2
Qol: Darida, 34 – Sanço, 15. Hazard, 17.

Hoffenhaym – Fortuna 1:1
Qol: Kramariç, 6 – Henninqs, 88.

Paderborn – Leyptsiq 2:3
Qol: Mamba, 62. Qyasula, 73 – Şik, 3. Sabitser, 4. Verner, 26.

Bavariya – Bayer 1:2
Qol: Müller, 34 – Beyli, 10; 35.

1 dekabr

18:30 Borussiya (Münhenqladbax) – Frayburq
21:00 Volfsburq – Verder

2 dekabr

23:30 Maynts – Ayntraxt

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest