Türkiyə Futbol Federasiyasının prezidenti Nihat özdəmir Aç-2020-in püşkatmasını şərh edib. Matc.az xəbər verir ki, püşkatmadan sonra AFFA prezidenti Rövnəq Abdullayevlə də görüşən qurum rəsmisi bunları deyib: 
 
"Bizim məqsədimiz final mərhələsinə düşmək idi. Yaxşı qrupa düşdük. Bakı öz evimiz sayılır. Hər zaman deyirik, bir millət, iki dövlətik. Yaxşı komandamız var. Azərbaycanda oynamaq bizə qürur verəcək. İtaliyanı tariximizdə məğlub edə bilməmişik. Onlar seçmə mərhələdə qrupda 10 oyunun hamısında qalib gəliblər. İtaliyaya ilk məğlubiyyəti yaşatmaq istəyirik. Futbolçularımıza və baş məşqçimizə çox güvənirik. Azərbaycanda öz evimizdəki kimi oynayacağıq. İnşallah, yaxşı nəticə qazanarıq".
 
Qeyd edək ki, Türkiyə yığması A qrupunda İtaliya, İsveçrə və Uelslə mübarizə aparacaq. "Ay-ulduzlular"ın İtaliya ilə matçı Romada, qalan iki görüşü isə Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest