"Qarabağ"la oyunlara nikbin baxır, müsbət yanaşırıq". Matç.az saytı xəbər verir ki, bu sözləri Ukraynanın "Vorskla" klubunun baş məşqçisi Vasili Saçko deyib.

Avropa Liqasının qrup mərhələsinin II turunun "Sportinq"lə oyunundan sonra 1:2 hesablı məğlubiyyətə şərh verən mütəxəssis növbəti iki matçdakı rəqib – "Qarabağ" barədə fikirlərini açıqlayıb: "Başqa yolumuz yoxdu. Futbolçuları bərpa etmək lazımdı. Bizim üçün Kobaxidze, Vasin, çijovun yoxluğu böyük itki idi. "Qarabağ" hədiyyə deyil, səviyyəli komandadı. Lakin biz hazırlaşıb yaxşı oynayacağıq. Bunu istəyirdik, gözləyirdik. İndi vəziyyətdən çıxacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest