Futzal üzrə Azərbaycan millisinin DÇ-2020-nin elit-raund mərhələsindəki rəqibləri yoldaşlıq oyunları keçirib. Rusiya futzalçıları Budapeştdə Macarıstanla görüşüb. Oyun rəqibimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Futzal üzrə Azərbaycan millisinin Dç-2020-nin elit-raund mərhələsindəki rəqibləri yoldaşlıq oyunları keçirib. Matc.az xəbər verir ki, Rusiya futzalçıları Budapeştdə Macarıstanla görüşüb.

Oyun rəqibimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb. çerkas şəhərində isə Xorvatiya Ukrayna millisinin qonağı olub. Oyun Ukrayna futzalçılarının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İranda təşkil olunan "Məşəd turniri"nə qatılan Slovakiya yığması isə 2 oyun keçirib. İlk matçda İran komandası ilə qarşılaşan slovaklar 5:5 hesablı heç-heçə edib. Ertəsi gün Belarusla üz-üzə gələn rəqibimiz bu dəfə 1:4 hesablı məğlubiyyətlə barışıb.

Qeyd edək ki, Rusiya və Ukrayna rəqibləri ilə bu gün daha bir oyun keçirəcək. Slovaklar isə sabah İran yığması ilə yoldaşlıq oyununda üz-üzə gələcək. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest