Yoldaşlıq oyununda Azərbaycan futbol veteranları vaxtilə Qasımovla müxtəlif ölkələrdə və klublarda çiyin-çiyinə çıxış etmiş əcnəbi veteran futbolçularla üz-üzə gələcək

Azərbaycan futbolunun istedadlı nümayəndələrindən biri Vəli Qasımovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçiriləcək. Matç.az saytı xəbər verir ki, AFFA-nın təşəbbüsü ilə keçiriləcək qarşılaşmada zəngin futbolçu karyerasına malik, Ukrayna, Rusiya, İspaniya və Portuqaliyada uğurlu legioner karyerasına malik olmuş, 1992-ci il Rusiya çempionatının bombardiri, 2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqası turnirinin final qarşılaşmasının səfiri kimi fəaliyyət göstərən veteranın sabiq komanda yoldaşları da oynayacaq.

Belə ki, yoldaşlıq oyununda Azərbaycan futbol veteranları vaxtilə Qasımovla müxtəlif ölkələrdə və klublarda çiyin-çiyinə çıxış etmiş əcnəbi veteran futbolçularla üz-üzə gələcək. Yerli veteranlar komandasının baş məşqçisi Kazbek Tuayev, əcnəbilərdən ibarət komandanın çalışdırıcısı isə Valeri Qazzayev olacaq.

Qarşılaşma noyabrın 15-də Bayıl stadionunda baş tutacaq. Matç saat 17:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest