Amma "Yuventus"un heyətində yalnız bir italiyalı futbolçunun oynaması rəhbərliyi yerli oyunçu almağa sövq edib. Turinlilər artıq bu yöndə hansı transferləri gerçəkləşdirəcəyini də dəqiqləşdirib

İtaliyanın "Yuventus" klubu qış "transfer pəncərəsi" üçün hədəfini müəyyənləşdirib. Matç.az saytı xəbər verir ki, Turin təmsilçisi İtaliya yığmasının 3 futbolçusunu almağa qərar verib.

Buna klub rəhbərliyinin A seriyasının hesabat turunda keçirilən "Milan"la görüşündəki narazılığı səbəb olub. Düzdü, "ağ-qaralar" səfərdəki 2:0 hesablı qələbə ilə liderliyini möhkəmləndirib.

Amma "Yuventus"un heyətində yalnız bir italiyalı futbolçunun oynaması rəhbərliyi yerli oyunçu almağa sövq edib. Turinlilər artıq bu yöndə hansı transferləri gerçəkləşdirəcəyini də dəqiqləşdirib.

İtaliya klubu "Fiorentina"dan Federiko Kyeza, "Kalyari"dən Nikola Barella, "Breşia"dan Sandro Tonalini almağa cəhd edəcək. Hər üç futbolçu yığma üzvüdü. "Fiorentina"nın Kyezanı satmağa hazır olduğu, lakin 60 milyon avrodan az məbləğə razılaşmayacağı da məlumdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest