"Neftçi" Premyer Liqanın 14-cü turunda qarşılaşacağı "Sabah"la matçın hazırlığına başlayıb. Matc.az xəbər verir ki, "Səbail"lə oyundan (0:0) sonra bir günlük istirahətə buraxılan komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi"ndə məşqə çıxıb. 
 
Hazırlıq sabah bir məşqlə davam edəcək.
 
Xatırladaq ki, dekabrın 8-də "Bank Respublika Arena"da keçiriləcək "Sabah" – "Neftçi" oyununa saat 17:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest