İngiltərənin "Everton" klubu hücumçusu Riçarlisonla müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
 
22 yaşlı futbolçu ilə müqavilənin müddəti 2024-cü ilə qədər artırılıb.
 
Braziliyalı futbolçu "Everton"a 2018-ci ilin yayında 25 milyon funt-sterlinqə "Uotford"dan transfer olunub. O, bu komanda 55 rəsmi oyuna çıxıb, 20 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest