Futbol üzrə İngiltərə Premyer Liqasında 15-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Turun açılış matçında "Kristal Pelas" və "Bornmut" komandaları üz-üzə gəlib. Meydan sahibləri bu görüşdən minimal hesabla qalib ayrılıblar. "Mançester Siti" isə səfərdə "Bernli"nin qonağı olub və darmadağına sevinib.
İngiltərə Premyer Liqası
15-ci tur
3 dekabr
Kristal Pelas – Bornmut 1:0
Qol: Şlupp, 76.
Bernli – Mançester Siti 1:4
Qol: Breydi, 89 – Q.Jesus, 24; 50. Rodri, 68. Mahrez, 87.
4 dekabr
23:30 çelsi – Aston Villa
23:30 Lester – Uotford
23:30 Mançester Yunayted – Tottenhem
23:30 Sauthempton – Norviç
23:30 Vulverhempton – Vest Hem
00:15 Liverpul – Everton
5 dekabr
23:30 Şeffild Yunayted – Nyukasl
00:15 Arsenal – Brayton