Ukraynalı mütəxəssis Yuri Vernidubun "Sabah"ın təklifini müsbət cavablandırmamasının səbəbi müəyyənləşib. Matc.az saytı xəbər verir ki, bunu Verniduba yaxınlığı ilə bilinən yerli jurnalist Mixail Spivakov deyib.

O, bir müddət əvvəl "Sabah"dan təklif alan, hətta Bakıya da gələn 53 yaşlı çalışdırıcının Belarusa yollanmasını bu ölkənin Ukraynaya daha yaxın olması ilə əlaqələndirib: "Vernidub Azərbaycan və Qazaxıstan klubundan təkliflər almışdı. Ancaq o, ailəcanlıdı, ev adamıdı. Zaporojyedə yaxşı işlədi, bura doğma vətənidi. Uzaq məsafədə olmadığı üçün məşqçi Belarusda çalışmaq variantına üstünlük verdi. Bura evə daha yaxındı. Bəlkə də, Ukrayna standartlarına görə Soliqorsk seçimi çox cəlbedici görünmür. Ancaq komandanın ambisiyaları, imkanları, şəraiti varsa, niyə də sınamasın?"

Qeyd edək ki, bu il "Zarya"dan ayrılan Yuri Vernidub Soliqorsk "Şaxtyor"unun "sükanı arxası"na keçib. "Sabah"a isə xorvatiyalı Jelko Sopiç təyin olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest