"Seçmə mərhələdəki mübarizəni Avropa çempionatında da davam etdirərək, uğurlu turnir keçirmək istəyirik. Qrupumuzda, xüsusən də, İtaliya çox güclü komandadı. Bunu seçmə mərhələdə xal itirməyərək göstərdilər".

"çətin qrupa düşmüşük. Uels və İsveçrə güclü komanda olmasa Avropa çempionatında yer almazdı. Biz də çox çətin qrupdan çıxmışıq. Son dünya çempionundan 4 xal aldıq".

Matc.az xəbər verir ki, bunu Türkiyə millisinin müdafiəçisi Merih Demiral deyib. 21 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında AVRO-2020-nin final mərhələsində düşdükləri qrupu dəyərləndirib.

İtaliyada "Yuventus"un formasını geyinən mərkəz müdafiəçisi "Skuadra Adzurra"nı fərqləndirib: "Seçmə mərhələdəki mübarizəni Avropa çempionatında da davam etdirərək, uğurlu turnir keçirmək istəyirik. Qrupumuzda, xüsusən də, İtaliya çox güclü komandadı. Bunu seçmə mərhələdə xal itirməyərək göstərdilər. Açılış matçının İtaliya ilə Türkiyə arasında olması mənim üçün gözəl sürpriz oldu".

Qeyd edək ki, Türkiyə yığması A qrupunda ilk oyununu iyunun 12-də Romada İtaliyaya qarşı keçirəcək. "Ay-ulduzlular" həmin ayın 17-də Uels, 21-də isə İsveçrə ilə Bakıda qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest