Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib. Matc.az saytının məlumatına görə, bir neçə sərt cəzalar tətbiq olunub.

U-12 Liqasının "Laçın" (Pirəkəşkül) – "Veqa", futzal üzrə İkinci Liqanın "Baku Hughes" – "Bibi Heybət", futzal üzrə üzrə Birinci Liqanın "Baku Fans" – U-19 matçında meydan sahbləri, futzal üzrə İkinci Liqanın NTD – "Emin Spor" görüşündə isə qonaqlar iştirak etmədiyindən, texniki məğlubiyyətlə üzləşib. "Laçın" 0:3, digərləri isə 0:5 hesabına məhkum edilib.

Bundan başqa U-13 Qızlar Liqasının "Mələklər" (Lənkəran) – UGİM (Göyçay) və "Balxurma" (Balakən) – "Daşqın" görüşündə qonaqların heyətində yetərsay olmadığına görə, onlara 0:3 hesablı texniki məğlubiyyət verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest