Azərbaycan kubokunda 1/8 final mərhələsi davam edir. Matc.az saytının məlumatına görə, bu gün keçirilən ilk görüş başa çatıb.

"Zirə" öz meydanında I divizion təmsilçisi "Qaradağ Lökbatan"a heç bir şans verməyib. Rəqibini 4 cavabsız qolla məğlub edən Premyer Liqa komandası adını 1/4 finala yazdırıb.

"Zirə"nin növbəti mərhələdəki rəqibi "Səbail" olacaq. Bu mərhələnin ilk matçları 15-16 dekabr, cavab görüşləri isə 19-20 dekabr tarixlərində oynanılacaq.

Qeyd edək ki, 1/8 finalın dünən baş tutan yeganə qarşılaşmasında "Keşlə" "Kəpəz"ə 3:1 hesabı ilə qalib gələrək, 1/4 finalda "Qarabağ"a rəqib olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest