Nüfuzlu "Goal.com" nəşri ənənəvi olaraq, 2018-ci ilin ən yaxşı futbolçusunu seçib. Matç.az saytının məlumatına görə, Madrid "Real"ının və Xorvatiya millisinin üzvü Luka Modriç bütün rəqiblərini qabaqlayıb.

İkinci pilləni onun sabiq komanda yoldaşı, hazırda isə "Yuventus"da forma geyinən Kriştiano Ronaldo tutub.

"Liverpul"un hücumçusu Məhəmməd Salah isə üçüncü olub.

Qeyd edək ki, "Goal.com"un hər il təqdim etdiyi mükafatın qalibi dünyanın 42 nəşrinin əməkdaşları tərəfinən keçirilən səsvermə ilə təyin olunur. Son iki ilin qalibi isə Kristiano Ronaldo olmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest