Azərbaycan kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib. Premyer Liqa klubu "Sabah" I divizion təmsilçisi "Ağsu"nu sınağa çəkib. Daha güclü olan elita komandası rəqibi üzərində 5:0 hesablı qələbə qazanıb.

Azərbaycan kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib. Matc.az saytının məlumatına görə, Premyer Liqa klubu "Sabah" I divizion təmsilçisi "Ağsu"nu sınağa çəkib.

Daha güclü olan elita komandası rəqibi üzərində 5:0 hesablı qələbə qazanıb. Bununla adını 1/4 finala yazdıran "Sabah" həmin mərhələdə "Qəbələ"yə rəqib olub.

Artıq 1/4 finalın 3 cütlüyü məlumdu. Digər matçlarda "Keşlə" "Qarabağ"la, "Zirə" isə "Səbail"lə üz-üzə gələcək.

Qeyd edək ki, növbəti mərhələnin ilk oyunları dekabrın 15-16-da, cavab matçları isə 19-20-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest