Hazırda Belarusun "İsloç" klubunda forma geyinən Aleksandr Qleb maraqlı açıqlama verib. Matc.az xəbər verir ki, yerli mətbuata danışan 38 yaşlı yarımmüdafiəçi, karyerasını bitirdiyini deyib:
 
"Daha milli komandada oynamaq istəmirəm. Heç vaxt yığmada oynamağı rədd etməmişəm. Mənə qarşı yaxşı olmasalar da, mən hər zaman onlara yaxşı olmuşam. Bunu ölkənin, milli komandanın yaxşılığı üçün etmişəm. Düzünü desəm, artıq yorğunam. Milli komandada oynamaq istəmirəm.
 
Bolqarıstan çempionatında 30-cu turun oyunu mənim üçün son idimi? Bəli, qərarımı vermişəm. Artıq kifayət etdiyini düşünürəm. Karyeramda çox səhvlər etdim. Daha yaxşı ola bilərdi, ancaq belə alındı".
 
Karyerası ərzində "Ştutqart", "Arsenal", "Barselona", BATE kimi klublarda forma geyinən Qleb, Belarus millisində da 81 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest