İspaniyanın "Atletiko" klubu qış fasiləsində alman futbolçu ilə güclənə bilər. Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubu "Leyptsiq"in futbolçusu Timo Verneri heyətinə qatmağa hazırlaşır. 
 
"Atletiko"nun Dieqo Koştanın əvəzləyicisi olaraq gördüyü və əsas hədəfi olan Verner üçün Almaniya klubu ilə danışıqlar apardığı bildirilir. Bir müddət əvvəl "Leyptsiq"lə müqavilə bağlamasına baxmayaraq, alman futbolçunun "Atletiko" ilə razılıq əldə deyilir.
 
"Ştutqart"ın yetirməsi olan və 2016-cı ildən "Leyptsiq"in şərəfini qoruyan 23 yaşlı futbolçu, bu mövsüm iştirak etdiyi 20 oyunda 17 qol, 9 məhsuldar ötürməylə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest