Futbol üzrə İran çempionatında 13-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Cənubi Azərbaycanın elitadakı təmsilçisi "Maşinsazi" də növbəti matçına çıxıb.
 
Təbriz klubu səfərdə "Pars Janoobi Jam"la qarşılaşıb. Cənubi Azərbaycan təmsilçisi bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.
 
Təbrizin daha məşhur "Traktor" klubu isə bu tur doğma meydanda "Şahin Buşəhr"lə qarşılaşacaq.
 
"Traktor" hazırda 17 xalla 16 kollektiv arasında 8-ci, "Maşinsazi" isə 16 xalla 9-cudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest