Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edilə bilər. Matc.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, buna səbəb 2015-ci ildə baş vermiş hadisədi.

Belə ki, həmin vaxt "Eybar"da çıxış edən Eddi komanda yoldaşları Serxio Enriç və Antonio Lunanın iştirakı ilə olan seksual məzmunlu videonu yaymaqda günahlandırılır. Enriç və Luna ilə intim əlaqədə olan qadın bunu videoya çəkməməyi xahiş etsə də, onlar buna məhəl qoymayıb, hətta digər şəxslərə də yayıblar. Videonu yayanlardan biri də məhz İsrafilov olub.

Bununla bağlı araşdırma artıq yekunlaşıb. Eybar Məhkəməsi işin şifahi məhkəmə baxışına verilməsi barədə qərar qəbul edib. İttiham olunan şəxslərin vəkillərinə işlə tanış olmaq üçün 10 gün vaxt verilib. Prokurorluq Enriç və Lunaya 5, İsrafilova isə 2 müddətinə azadlıqdan məhrum edilmə cəzası istəyib. Lakin xüsusi ittihamçı İsrafilov üçün 3 il iş tələb olunub.

Qeyd edək ki, 2015-ci ildən Azərbaycan millisinə çağırılan Eddi İsrafilov hazırda "Albasete"nin formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest