Dç-2020-nin elit-raundunda mübarizə aparacaq Azərbaycan futzal yığmasının  oyunlarının keçiriləcəyi tarix və başlama saatı açıqlanıb. Matc.az xəbər verir ki, bütün qarşılaşmalar Xorvatiyanın Osiek şəhərindəki "Qradsk vrt Arena"da keçiriləcək. İlk matçda meydan sahibləri ilə üz-üzə gələcək komandamız daha sonra Rusiya və Slovakiya ilə münasibətlərinə aydınlıq gətirəcək.  

29 yanvar
20:00 Rusiya - Slovakiya

23:00 Xorvatiya – Azərbaycan

30 yanvar
20:00 Azərbaycan – Rusiya
23:00 Xorvatiya – Slovakiya

1 fevral
20:00 Slovakiya – Azərbaycan
23:00 Rusiya – Xorvatiya

Qeyd edək ki, qrup qalibləri final mərhələsinə yüksələcək. İkinci pilləni tutacaq komandalar aprel ayında keçiriləcək pley-off oyunlarında üz-üzə gələcək. C qrupunun ikincisi D, B qrupunun ikincisi isə A qrupunun ikincisi ilə qarşılaşacaq.

Digər qruplar:

A qrupu:  Portuqaliya, İtaliya, Belarus, Finlandiya
B qrupu: İspaniya, Serbiya, Ukrayna, Fransa
D qrupu: Qazaxıstan, Sloveniya, Rumıniya, çexiya

azfutzal.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest