Almaniya II Bundesliqasında XVI tur başa çatmaq üzrədi. Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Aue" bu turu səfərdə keçirib. Komanda "Hannover"in qonağı olub. Görüş aşağı pillələrdə qərarlaşan "Hannover"in 3:2 hesablı qələbəsi ilə nəticələnib.

Almaniya II Bundesliqasında XVI tur başa çatmaq üzrədi. Matc.az saytı xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Aue" bu turu səfərdə keçirib.

Komanda "Hannover"in qonağı olub. Görüş aşağı pillələrdə qərarlaşan "Hannover"in 3:2 hesablı qələbəsi ilə nəticələnib. İlk dəqiqələrdən meydanda olan Nazarov 85-ci dəqiqədə əvəzlənib. Həmin vaxt hesab 2:2 olub. Qarşılaşmanın 90-cı dəqiqəsində qol buraxan "Aue" meydanı məğlub tərk edib.

Bu nəticədən sonra "Aue" 23 xalla 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest