"Atletiko" İspaniya La Liqasının XVI turunda "Vilyarreal"la qolsuz bərabərə qalıb. Matc.az xəbər verir ki, sözügedən qarşılaşmada Madrid təmsilçisinin futbolçusu Yan Oblak rekorda imza atıb.

Belə ki, Oblak "Atletiko" tarixində La Liqada ən çox "quru oyun" keçirən qapıçı olub. Sloveniyalı qapıçı 169 liqa matçının 96-da qapısını toxunulmaz saxlayıb. O, 95 "quru oyun" rekordu olan keçmiş qapıçı Abel Resinonu keçib.

Oblak "Atletiko"da keçirdiyi oyunların 56 faizində "çərçivə"sini qoruya bilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest