Bu gün Azərbaycan Kubokunda 2018/19 mövsümünün püşkü atılıb. Matç.az saytının məlumatına görə, yarışda 12 komanda mübarizə aparacaq.

Püşkatma mərasimi AFFA-nın inzibati binasında keçirilib. Tədbirdə yarışa qatılacaq 12 komandanın rəqibləri bəlli olub.

Topaz Premyer Liqasının 4 klubu mübarizəyə 1/4 finaldan başlayacaqsa, digər 4-ü 1/8 finalda I Divizion təmsilçilərini sınağa çəkəcək.

Dekabrın 6-da start götürəcək kubok yarışının 1/8 finalı bir, 1/4 və 1/2 finalı iki qarşılaşmadan ibarət olacaq. Final oyunu isə mayın 19-da baş tutacaq.

Azərbaycan kuboku
1/8 final
6 dekabr

1. "Ağsu" - "Sabah"

2. "Şüvəlan" - "Keşlə"

3. "Qaradağ Lökbatan" - "Sumqayıt"

4. "Kəpəz" - "Səbail"

 

1/4 final
15-16/19-20 dekabr

5. "Qəbələ" - 1-ci cütün qalibi

6. "Qarabağ" - 2-ci cütün qalibi

7. "Neftçi" - 3-cü cütün qalibi

8. "Zirə" - 4-cü cütün qalibi

1/2 final

23 aprel/1 may

9. 5-ci cütün qalibi – 6-cı cütün qalibi

10. 7-ci cütün qalibi – 8-cı cütün qalibi

Final
19 may

11. 9-cu cütün qalibi – 10-cu cütün qalibi

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest