İspaniya La Liqasının 16-cı turu çərçivəsində "Espanyol"la qarşılaşma "Real" üçün əlamətdar olub. Matc.az xəbər verir ki, Madrid təmsilçisi İspaniya çempionatında 1700-cü qələbəsini qazanıb. 
 
Bu isə rekord göstəricidi. çünki İspaniya yüksək liqasında heç bir kluba bu qədər qələbə qazanmaq qismət olmamışdı.
 
Qeyd edək ki, bu baxımdan "Real"ın ən yaxın izləyicisi əzəli rəqibi "Barselona"dı. Kataloniya təmsilçisinin hesabında 1646 qələbə var. Madrid "Atletiko"su isə indiyə qədər La Liqada 1292 qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest