"Rüfət 4 ildən sonra yenidən Azərbaycan yığmasına çağırıldı. Millətlər Liqasında artıq 2 oyun keçirib".

"Dadaşov topu ayağında yaxşı saxlaya bilir və zərbə mövqeyinə çıxacağı yeri düzgün seçir. Onunla birlikdə çalışmaq mənim xoşuma gəlirdi. Sadəcə, güvənmək lazımdı". Matç.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts deyib.

Təcrübəli mütəxəssis "Bild" nəşrinə açıqlamasında "Proyssen"də çıxış edən yığmamızın hücumçusu Rüfət Dadaşovla bağlı fikirlərini bölüşüb. Onun fikrincə, forvard daha yaxşı çempionata layiqdi: "Rüfət II Bundesliqada oynaya bilər. Məncə, əgər təklif gələrsə, o, həmin çempionatda oynamaq gücündədi. Dadaşovda olan bütün keyfiyyətlər bu tələbi qarşılayır".

2013-cü ildə Dadaşovu millimizə dəvət edən Foqts onun yenidən çağırılmasına sevindiyini vurğulayıb: "Rüfət 4 ildən sonra yenidən Azərbaycan yığmasına çağırıldı. Millətlər Liqasında artıq 2 oyun keçirib. Qarşıda isə Farer adaları və Kosovo ilə matçları da var. Məncə, Dadaşovun millidə olması həm onu daha da gücləndirəcək, həm də "Proyssen"ə fayda verəcək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest