I divizionda XIII tura yekun vurulub. Matc.az saytının məlumatına görə, turun bütün oyunları bu gün keçirilib.

Lider "Səbail-2" səfərdə "Sumqayıt"ın ikinci komandası ilə bərabərə qalıb. Onun ən yaxın izləyicisi "Sabah-2" isə böyük hesabla məğlub olub. "Qarabağ"ın qalib gəldiyi görüşdə əsas komandanın baş məşqçisi Qurban Qurbanovun oğlu olan Musa Qurbanlı pokerə imza atıb.

 

I divizion

XIII tur

9 dekabr (bazar ertəsi)

MOİK - "Neftçi-2" - 1:1

(Orxan Həsənov, 53 - Vüsal Əsgərov, 43)

"Keşlə-2" - "Qaradağ Lökbatan" - 3:0

(Elmir Rəhimzadə, 4; Emin Quliyev, 90; Riad Abbaszadə, 90+2)

"Sumqayıt-2" - "Səbail-2" - 1:1

(Elnur Cəfərov, 6 - Bahadur Həziyev, 42)

"Turan Tovuz" - "Zirə-2" - 2:1

(İlkin Sadıqov, 48 (p.); Elçin Qasımov, 89 - Samir Ağayev, 55)

"Ağsu" - "Zaqatala" - 1:5

(Qalib Əmrahov, 90+3 - Yusif Həsənov, 15; Famil Camalov, 42 (p.); 79, 86; Elçin Əlicanov, 81)

"Sabah-2" - "Qarabağ-2" - 1:5

(Zahid Mərdanov, 24 (p.) - Musa Qurbanlı, 5, 35, 57, 83; Cavid Bayramov, 71)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest