Hətəsonu Ukrayna Premyer Liqasının XVIII turunu 16 futbolçu buraxacaq. Onlardan biri də Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevdi. Cinah oyunçusu ötən turda "Vorskla" ilə (3:0) qarşılaşmada sarı vərəqə alaraq, cəzalı duruma düşüb.

Hətəsonu Ukrayna Premyer Liqasının XVIII turunu 16 futbolçu buraxacaq. Matc.az xəbər verir ki, bu barədə məlumatı yerli mətbuat yayıb.

Bildirilir ki, onlardan biri də Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevdi. Cinah oyunçusu ötən turda "Vorskla" ilə (3:0) qarşılaşmada sarı vərəqə alaraq, cəzalı duruma düşüb. Beləliklə, Paşayev dekabrın 15-də "Dnepr-1"lə səfər oyununu buraxmalı olacaq.

Qeyd edək ki, "Aleksandriya" hazırda 30 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest