2019-cu ilin ən yaxşı qadın futbolçusu seçilən Meqan Rapino ABŞ-ın prezidenti Donald Trampı "manyak" adlandırıb. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ millisinin formasını geyinən 34 yaşlı futbolçu, Trampı "Ağ ev"dən çıxarmaq istədiyini deyib:
 
"Mənim üçün ən önəmli şey bu manyakı "Ağ ev"dən çıxarmaqdı. Bunun üçün nə lazımdısa, edəcəm. Lazım gəlsə, qapı-qapı gəzib, onun əleyhinə səs toplayacam".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest