İtaliyaya qayıdacağını açıqlayan Zlatan İbrahimoviçə daha bir müştəri çıxıb. Matc.az xəbər verir ki, bu dəfə "Napoli" klubu təcrübəli hücumçuya təklif göndərib.
 
A Seriyası təmsilçisinin prezidenti Aurelio de Laurentis 38 yaşlı hücumçunu komandasında görmək istəyir. Bu barədə "Gazetta dello Sport" nəşrinin müxbiri Nikolo Şoro rəsmi "tvitter" hesabında məlumat yayıb. O, İbrahimoviçin transfer durumunun gələn həftə aydınlaşacağını bildirib.
 
İbrahimoviçin adı daha əvvəl "Milan"la da hallanırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest