Əgər oyun əlavə vaxta uzansa, 4-cü əvəzləmədən istifadə edilə bilər. 90 dəqiqə ərzində 2 əvəzləmə edən komanda əlavə vaxtda digər 2 dəyişiklikdən yararlana bilər.

"Klublarımızı püşkatma münasibətilə təbrik edir, uğurlar arzulayıram". Matç.az xəbər verir ki, bunu Azərbaycan Kubokunun 2018-19 mövsümünün püşkatması ilə bağlı təşkil edilən tədbirdə PFL prezidenti Ramin Musayev deyib.

O, AFFA-nın inzibati binasında keçirilən mətbuat konfransında kubokda yenilik edləcəyini söyləyib: "Kim qalib olarsa, "Neftçi", "Qarabağ" və "Qəbələ"nin etdiklərini təkrarlamağı arzulayıram. Kubokun sponsoru yoxdu. özümüz keçirəcəyik. Bir dəyişiklik var. Əgər oyun əlavə vaxta uzansa, 4-cü əvəzləmədən istifadə edilə bilər. 90 dəqiqə ərzində 2 əvəzləmə edən komanda əlavə vaxtda digər 2 dəyişiklikdən yararlana bilər. Bu da məşqçilər üçün yenilikdi. Komandalarımızın sayı azdı. Amma bunu AFFA və PFL-in üstünə atmaq düzgün deyil. Az komanda ilə oynamaq heç kimə sərf etmir. Amma məcburuq bu cür davam edək. İmkanımız olsa, 18 komanda ilə yarışı təşkil edərdik. Premyer Liqada 8 komanda varsa, bu nə AFFA-nın, nə də PFL-in günahıdı. Heç kimi günahlandırmaq olmaz. Bu gün imkan belədi. çempionatımız heç də maraqsız keçmir. Düzdü, say azlığı, oyunçuların bir-birilərini 3 turdan bir görmələri bezdirici olur. Amma çempionat maraqlı keçir. İnanıram ki, kubok matçları da maraqlı keçəcək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest