Azərbaycan kubokunun final matçı iki stadiondan birində keçiriləcək. Matç.az saytı xəbər verir ki, bunu PFL prezidenti Ramin Musayev deyib O, ölkə kubokunda 2018-19 mövsümünün püşkatma mərasimində final görüşünü Gəncəyə salmağı planlaşdırdıqlarını açıqlayıb.

Musayev alternativ variantın olduğunu da əlavə edib: "Gəncə stadionu hazır olsa, məmnuniyyətlə kubokun finalını orda keçirəcəyik. Əks təqdirdə, oyun Tofiq Bəhramov adına Respublika Stadionuna salınacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest