Klubların UEFA reytinqi açıqlanıb. Matç.az saytı xəbər verir ki, avrokubokların qrup mərhələsinin II turunun görüşləri siyahıda bir sıra dəyişikliklərə səbəb olub. 3 gün ərzində çempionlar Liqasında 16, Avropa Liqasında 32 matç baş tutub ki, bu oyunlardan sonra ilk "yüzlük"dəki yeganə klubumuz, Azərbaycan çempionu "Qarabağ"ın da mövqeyi dəyişib.

Avropa Liqasının ev qarşılaşmasında "Arsenal"a 0:3 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri xal hesabını artıra bilməyib. Nəticədə aktivində 22 xal olan komanda 63-cü sıraya enib. Ağdamlılar bu pilləni eyni xala malik "Lester" (İngiltərə) və "Feyenoord"la (Hollandiya) bölüşür. Bu "üçlüy"ün geriləməsinə onların digər şərikinin irəliləyişi səbəb olub.

Belə ki, çempionlar Liqasında uğurla çıxış edən İtaliya "İnter"i qazandığı 2 xalla 57-ci yerə qədər irəliləyib. "Arsenal" üzərində sensasiyalı qələbə qazanılsaydı, "Qarabağ" da 57-ci yerə şərik çıxar, heç-heçə sayəsində isə 60-cı yerə yüksələrdi.

Qeyd edək ki, digər Azərbaycan klublarından "Qəbələ" 163-cü, "dördlük" isə 279-cu yerdə qalsa da, Qazaxıstan təmsilçiləri "Tobol", "İrtış", "Ordabası", "Şaxtyor" və "Aktobe" onlara çatıb.

 

İlk "onluq"

1. "Real" (İspaniya) – 133,000

2. "Barselona" (İspaniya) – 116,000

3-4. "Atletiko" (İspaniya) – 115,000

"Bavariya" (Almaniya) – 115,000

5. "Yuventus" (İtaliya) – 111,000

6. "Sevilya" (İspaniya) – 94,000

7. PSJ (Fransa) – 90,000

8. "Mançester Siti" (İngiltərə) – 87,000

9. "Arsenal" (İngiltərə) – 79,000

10. "Porto" (Portuqaliya) – 77,000

 

"Qarabağ"ın rəqibləri

9. "Arsenal" (İngiltərə) – 79,000

33. "Sportinq" (Portuqaliya) – 44,000

141. "Vorskla" (Ukrayna) – 7,180

 

"Qarabağ" və qonşuları

57-58. "İnter" (İtaliya) – 24,000

"Dnepr" (Ukrayna) – 24,000

59. PAOK (Yunanıstan) – 23,500

60-61. "Styaua" (Rumıniya) – 23,000

"Sent-Etyenn" (Fransa) – 23,000

62. BATE (Belarus) – 22,500

63-65. "Qarabağ" (Azərbaycan) – 22,000

"Feyenoord" (Hollandiya) – 22,000

"Lester" (İngiltərə) – 22,000

66. "Qalatasaray" (Türkiyə) – 20,500

67. "Leypsiq" (Almaniya) – 20,000

 

Digər Azərbaycan klubları

163-164. "Qəbələ" (Azərbaycan) - 6,250

279-287. "Keşlə" (Azərbaycan) – 3,700

"Neftçi" (Azərbaycan) – 3,700

"Zirə" (Azərbaycan) – 3,700

"Kəpəz" (Azərbaycan) – 3,700

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest