Azərbaycan I divizionun V turu xoşagəlməz hadisə ilə yadda qalıb. Matç.az saytı xəbər verir ki, bu olay "Şüvəlan" – MOİK matçının sonluğunda yaşanıb.

Oyunun 90+2-ci dəqiqəsində "Şüvəlan"ın futbolçusu Elçin Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılarkən, rəqib futbolçuya qarşı qeyri-etik ifadələr işlədib. 1 dəqiqə sonra MOİK-in oyunçusu Orxan Həsənov rəqibə qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydançadan qovulub.

Söyüş söyən futbolçuların cəzası fərqli olub. Əliyev 4 oyun cəzalanıb və klubunu 180 manat ziyana salıb. 3 tur "istirahət edəcək" Həsənovun əməli isə 160 manatlıq cəriməylə dəyərləndirilib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest