Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində sabah keçiriləcək "Neftçi" – "Sumqayıt" oyununun biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, qiymət VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir. 
 
Biletləri oyunun keçiriləcəyi "Bakcell Arena"nın kassalarından əldə etmək mümkündü.
 
Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" matçına saat 18:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest